"Kəpəz"in futbolçusu xəstəxanaya aparıldı
Premyer Liqanın 6-cı turunun "Araz Naxçıvan" - "Kəpəz" matçında (1:0) qorxulu anlar yaşanıb.
90plus.az xəbər verir ki, qarşılaşmanın 93-cü dəqiqəsində qonaqların mərkəz müdafiəçisi Yeqor Xvalko Bəxtiyar Həsənalızadə ilə hava mübarizəsində yerdə qalıb.
Huşunu itirən belaruslu legioner üçün təcili tibbi yardım maşını meydana daxil olub.
Təxminən 2 dəqiqədən sonra özünə gələn futbolçu xəstəxanaya aparılıb.
© Copyright 2026, All Rights Reserved