Kərəmli "Benfika"nı gözləyən təhlükə
"Benfika" yarışlardan kənarlaşdırıla bilər.
90plus.az xəbər verir, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Klubun keçmiş prezidenti Luis Filipe Vieyra, keçmiş hüquq müşaviri Paulo Qonsalveş korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.
İttihamlar 2016-cı ildən 2019-cu ilə qədər olan dövrü əhatə edir. Prokurorlar "Benfika"nı pulların yuyulması üçün futbolçuları nağd vəsait qarşılığında "Vitoriya"ya satdığını iddia edirlər.
© Copyright 2026, All Rights Reserved