"Lans" - PSJ matçı təxirə salındı - "Lans" razı deyildi
Fransa Liqa 1-in XXIX turu çərçivəsində keçirilməli olan "Lans" – PSJ oyunu təxirə salınıb.
90plus.az xəbər verir ki, bu qərar Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"la keçirəcəyi matça daha yaxşı hazırlaşması üçün qəbul edilib.
Lakin bu addım birmənalı qarşılanmayıb. Belə ki, "Lans" hazırda çempionluq uğrunda PSJ-nin əsas rəqiblərindən biridir və oyunun təxirə salınmasına razılıq verməyib. Buna baxmayaraq, Liqa 1 rəhbərliyi paytaxt klubunun xeyrinə qərar çıxarıb.
Qeyd: PSJ hazırda 60 xalla turnir cədvəlinin lideridir. Bir oyun az keçirən Paris klubunu 59 xalla "Lans" izləyir.
© Copyright 2026, All Rights Reserved