Leo Messi dünya kuboku qabağı həyəcanlıdır
Lionel Messi "İnter Mayami" ilə ilk dəfə Klublararası Dünya Çempionatına qatılacaq və Argentinanın superulduzu bu yeniformatlı turnirdə iştirak edəcəyi üçün çox həyəcanlıdır.
90plus.az xəbər verir ki, turnirin başlamasına az qalmış Messi bu barədə fikirlərini bölüşüb və dünyanın ən güclü komandalarına qarşı oynamaq üçün motivasiyalı olduğunu vurğulayıb:
“Bu, Cənubi Amerika klubları üçün, həmçinin inkişaf edən klublar üçün Avropa komandaları ilə - yəni elita, hər kəsin heyran olduğu komandalarla - rəqabət aparmaq üçün əla fürsətdir".
Messi azarkeşlərin dünyanın ən yaxşı oyunçularını bir arada görmək üçün nadir fürsət olduğunu vurğulayıb:
“ABŞ-da bu qədər ulduzu görmək əla fürsətdir. Bu təcrübəni yaşamaq həqiqətən inanılmazdır.”
Qeyd: Bu gecə saat 04:00-da Klubların Dünya Kuboku Səudiyyə Ərəbistanının "Al Ahli" klubu ilə "İnter Mayami" arasındakı oyunla başlayacaq.
© Copyright 2026, All Rights Reserved