Levandovski baş məşqçini göndərdi
Polşa millisinin baş məşqçisi Mixał Probyej istefa verdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis qərarını bu sözlərlə əsaslandırıb:
“Hazırkı vəziyyətdə milli komandanın xeyrinə ən doğru qərarın istefa vermək olduğuna inanıram. Bu vəzifədə çalışmaq mənim peşəkar karyeramın zirvəsi və həyatımın ən böyük fəxri idi.”
“Barselona”nın polşalı hücumçusu Robert Levandovski daha əvvəl verdiyi açıqlamada Mixał Probyej komandada olduğu müddətcə milli komandaya qayıtmayacağını bəyan etmişdi. Levandovskinin millidəki kapitanlıq sarğısı da əlindən alınaraq “İnter” klubunun yarımmüdafiəçisi Pyotr Jyelinskiyə verilib. Bu barədə qərarı Mixał Probyej şəxsən komanda üzvlərinə çatdırıb.
Levandovski sosial şəbəkədə belə yazıb:
“Şərait və baş məşqçiyə olan inamın sarsılması səbəbindən Polşa millisində o olduğu müddətcə iştirak etməyəcəyəm. Ümid edirəm ki, yenidən bu azarkeşlərin qarşısında oynamaq şansım olacaq.”
Polşa yığması son qarşılaşmasında səfərdə Finlandiya ilə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. Qırmızı-ağlılar 2026-cı il Dünya Çempionatının Avropa seçmə mərhələsinin G qrupunda keçirdikləri 3 oyundan sonra 6 xal toplayıblar.
© Copyright 2026, All Rights Reserved