Lopateqi bu milliyə məşqçi təyin olundu
"Real" Madridin sabiq baş məşqçisi Xulen Lopeteqi yaxın günlərdə Qətər milli komandasının sükanı arxasına keçəcək.
90plus.az xəbər verir ki, 58 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq. Rəsmi təyinat bu həftə açıqlanacaq.
Xatırlatma: Lopeteqinin son iş yeri İngiltərənin “Vest Hem” klubu olub və o, bu komandanı 2024-cü ilin yanvarında tərk edib.
Hazırda DÇ-2026-nın seçmə mərhələsində çıxış edən Qətər yığması mayın 5-də İranla, mayın 10-da isə Özbəkistanla qarşılaşacaq. 8 turdan sonra 10 xal toplayan Qətər millisi qrupda 4-cü yerdədir.
© Copyright 2026, All Rights Reserved