Luçesku tarixə keçdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS), fasilələr nəzərə alınmadan bir milli komandada işləyən baş məşqçilərin ilk və son milli oyunlarına əsaslanan bir siyahı yayımladı.
90plus.az xəbər verir ki, bu siyahıya görə, Rumıniya Milli Komandasının başında ilk oyununa 11.11.1981-ci ildə İsveçrəyə qarşı çıxan Mirçea Luçesku, Millətlər Liqasında 12.10.2024-cü ildə oynanan və Cənubi Kipri 3-0 məğlub etdikləri oyunla tarixə düşdü. Luçesku, yalnız ilk və son oyunlar nəzərə alınanda 42 il 332 gün ilə dönəmsəl olaraq ən uzun müddət milli komanda baş məşqçisi olmuş məşqçi oldu.
Luçeskudan əvvəl bu rekord ilk oyununa 24.09.1922, son oyununa isə 22.08.1965-ci ildə çıxan Paraqvayın baş məşqçisi Manuel Fleytas Soliçə məxsus idi.
© Copyright 2026, All Rights Reserved