Mahir Almaniyada ikinci oldu
Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqada yüksək sürət nümayiş etdirən ikinci hücumameyilli futbolçu olub.
90plus.az xəbər verir ki, milli üzvünün maksimal sürəti 8-ci turda "Proyssen"ə qarşı keçirdikləri matçda (3:2) qeydə alınıb.
Emreli sözügedən qarşılaşmada 33,8 km/s sürət hədinə çatıb.
Xatırladaq ki, Mahir 9-cu turda “Qroyter”lə derbi matçda (4:0) 2-ci Bundesliqada qol hesabını açıb. O, mükəmməl zərbə ilə komandasının ilk qoluna imza atıb.
© Copyright 2026, All Rights Reserved