“Man Yunayted” vacib qələbə qazandı
"Mançester Yunayted" vacib qələbə qazandı – Çempionlar Liqasına bir addım qaldı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Mançester Yunayted” doğma meydanda “Brentford”u 2:1 hesabı ilə məğlub edib.
Görüşə fəal başlayan “qırmızı şeytanlar” hesabı erkən açıb. 11-ci dəqiqədə Kazemiro komandasını önə keçirib. İlk hissənin sonlarına yaxın isə Benyamin Şeşko fərqlənərək üstünlüyü artırıb.
Qonaqlar yalnız matçın sonlarında cavab verə bilib. 87-ci dəqiqədə Mads Yensen fərqi minimuma endirsə də, bu qol “Brentford”u xilas etməyib:
Man Yunayted 2 - 1 Brentford
Kazemiro 11’
B. Şeşko 43’
M. Jensen 87’
Bu qələbə sayəsində “Mançester Yunayted” turnir cədvəlində 3-cü pillədə mövqeyini möhkəmləndirib və komanda Çempionlar Liqasına vəsiqəyə çox yaxınlaşıb. “Brentford” isə 9-cu sırada qalır.
Qeyd: “Mançester Yunayted” sonuncu dəfə 2023/24 mövsümündən sonra yenidən Çempionlar Liqasında iştirak etməyə yaxındır.
© Copyright 2026, All Rights Reserved