"Mançester Siti"ni gözləyən təhlükə
"Mançester Siti" ilə Premyer Liqa arasındakı məhkəmə prosesinin ilk iclası bazar ertəsi keçirildi.
90plus.az xəbər verir ki, Liqa qaydalarını pozmaq və maliyyə məsələlərində yanlış məlumatlar vermək kimi bir çox fərqli ittihamlarla qarşı-qarşıya qalan "Mançester Siti" , günahkar hesab olunduğu təqdirdə ciddi cəzalarla üzləşə bilər.
"Telegraph"da yayımlanan xəbərə görə, "Mançester Siti"nin liqanın maliyyə qaydalarını ciddi şəkildə pozduğu müəyyən edildiyi halda, yalnız Premyer Liqadan deyil, bir çox təşkilatlardan da kənarlaşdırıla bilər.
F.A. Kuboku və Karabao Kubokundan da məhrum edilmə ehtimalı olan "Mançester Siti"nin hazırda Çempionlar Liqası və Klublar Dünya Kubokunda oynamağa davam edib-etməyəcəyi hələlik bəlli deyil.
© Copyright 2026, All Rights Reserved