"Mançester Yunayted" azarkeşlərinə şad xəbər
"Mançester Yunayted" klubunun iki futbolçusu zədədən geri dönüb.
90plus.az xəbər verir ki, bunlar müdafiəçi Matteys de Liqt və hücumçu Amad Diallodur.
22 yaşlı Amad fevral ayında topuq bağlarında yaşadığı zədə səbəbindən mövsümü erkən başa vura bilərdi. Klub bu ehtimaldan narahat idi. 25 yaşlı de Liqt isə apreldə "Nottingem Forest"ə qarşı keçirilən (0:1) matçda topuq nahiyəsindən aldığı zədəyə görə sıradan çıxmışdı.
Hər iki futbolçu Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunlarının hazırlığında "Atletik"ə qarşı iştirak ediblər.
Bu oyun bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved