Mayk Olise 100-ə çatdı
Olise “Bayern”də 100 oyuna çatdı – möhtəşəm statistika...
90plus.az xəbər verir ki, “Bayern Münhen”in ulduz futbolçusu Maykl Olise klub tarixində əlamətdar göstəriciyə imza atıb. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq Münhen təmsilçisinin heyətində 100 oyuna çıxıb.
Fransalı oyunçu bu müddət ərzində inanılmaz performans sərgiləyib. Olise “Bayern” forması ilə 90 qol töhfəsi (qol + assist) ilə yadda qalıb ki, bu da onun nə qədər effektiv oyunçu olduğunu göstərir.
Xatırlatma: “Bayern Münhen” Oliseni “Kristal Pelas” klubundan təxminən 53 milyon avro qarşılığında transfer etmişdi. Qısa müddətdə göstərdiyi performans isə bu məbləğin tam doğruldulduğunu sübut edir.
Olise hazırda komandanın hücum xəttində əsas fiqurlardan biri hesab olunur və onun bu statistikası Avropanın aparıcı futbolçuları ilə müqayisə ediləcək səviyyədədir.
© Copyright 2026, All Rights Reserved