Messi Kakaya formasını vermədi: "Bağışla, oğlunu..."
Kaka Messi ilə olan bir hekayəsini nəql etdi.
90plus.az həmin hekayəni təqdim edir:
“Milan"da Messiyə qarşı oynayanda ona dedim ki, “Oyunun sonunda formanı alacağam.” O da dedi ki, “Əlbəttə, mənim üçün bir şərəf olar.” Oyunun sonunda isə Messinin Mekses ilə forma dəyişdiyini gördüm. “Vacib deyil, yəqin ki, unutdu,” düşündüm.
Tunelə girdik və orada Messi ilə qarşılaşdım. O dedi ki, “Bağışla, Mekses mənə oğlunun stadionda olduğunu və mənim formamı istədiyini söylədi. Mən də uşağın xatirinə bu istəyi rədd edə bilmədim. Oğluna verdiyi sözü pozmasını istəmədim.”
O mənə yeni bir forma təklif etdi. Mən də formamı dəyişdim və “Get mənə də yeni bir forma gətir,” dedim. O da mənə yeni bir forma verdi. Futbol tarixinin ən yaxşı oyunçusu ilə aramızda gülməli bir an yaşandı. Necə də təvazökar bir insandır."
© Copyright 2026, All Rights Reserved