Messi-Ronaldu duelinin ən yaxşısı bilindi!
Kriştianu Ronaldu PSJ ilə yoldaşlıq oyununda ən yaxşı kimi mükafat alıb. 37 yaşlı portuqaliyalı Paris klubuna qarşı “Əl-Nəsr” və “Əl-Hilal”ın ulduzlarından ibarət komandada dubla imza atsa da, komandası 4:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq, Ronaldu görüşün ən yaxşı oyunçusu seçilib.