Mikel Arteta həyat yoldaşından uğur səbəbi kimi danışdı
"Arsenal"ın baş məşqçisi Mikel Arteta həyat yoldaşı Lorena Bernal haqqında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Arteta Sky-a müsahibəsində uğur qazanmasını yoldaşının dəstəyi ilə sıx bağlayıb: “Onsuz bunların heç biri baş verməzdi — o bunu anlamalıdır”.
“O, mənim soyuqqanlılığımı, özüməinamımı və gördüyümüz işləri həyata keçirmək üçün lazım olan enerjini qoruyub saxlamağımın əsas səbəbidir".
Cütlük ilk dəfə 2002-ci ildə San Sebastian şəhərində bir gecə klubunda tanış olub və 2010-cu ildə evlənməyə qərar verib. Mikel və Lorenanın üç oğlu var: Qabriel, Daniel və Oliver.
Xatırlatma: "Arsenal" bu mövsüm 22 ildən sonra ilk dəfə Premyer Liqa çempionu olub.
© Copyright 2026, All Rights Reserved