Milli komandanın yeni baş məşqçisi açıqlandı
Bolqarıstan milli futbol komandasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib.
90plus.az xəbər verir ki, Avropanın təmsilçisi postuna Aleksandr Dimitrov gətirilib. Bu barədə Bolqarıstan Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 49 yaşlı mütəxəssisin təyinatı rəsmiləşdirilib. Bolqar çalışdırıcı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd: Aleksandr Dimitrovun sonuncu iş yeri ölkəsinin U-21 yığması olub.
© Copyright 2026, All Rights Reserved