"Mən çətinliklərdən dərs çıxaran biriyəm" Harri Keyn
Avro-2024-də İspaniya və İngiltərə milliləri arasında final matçından öncə İngiltərə komandasının oyunçusu Harri Keyn fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Harri sözlərində belə qeyd edib:
"Bundan öncəki finaldan daha yaxşı çıxış etmək istəyirik. O zaman finalda uduzmuşduq, amma bu, 3 il əvvəl idi, uzun müddət keçib. Mən həmişə çətinliklərdən dərs çıxarmağa çalışan biri olmuşam. Bəli, heç vaxt qalib gəlməmişik. İllər boyu arzulanan böyük bir kubok var, bir də bunun üçün əla fürsətimiz!"
Həmçinin o, bildirib:
"Bu gün çempion olmaq üçün karyeramda qazandığım hər şeyi qurban verərdim."
Qeyd: İspaniya-İngiltərə final oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved