“Neftçi - Qarabağ”ı 10 minə yaxın azarkeş izlədi
Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən Neftçi – Qarabağ qarşılaşması tribunaların diqqət mərkəzində olub.
90plus.az xəbər verir ki, oyunu stadiondan 9500 azarkeş izləyib ki, bu da paytaxt təmsilçisinin son 15 mövsümdəki ən yüksək ev göstəricisi kimi tarixə düşüb.
“Ağ-qaralar”ın daha çox azarkeş topladığı son matç isə xeyli əvvələ — 2010/11 mövsümünə təsadüf edir. Həmin vaxt, 13 fevral 2011-ci ildə "Xəzər Lənkəran" ilə keçirilən və qolsuz başa çatan qarşılaşmanı 10 min tamaşaçı canlı izləmişdi.
Bu dəfə isə tribunaların dolu olması meydandakı nəticəyə müsbət təsir etməyib. “Palms Sports Arena”da baş tutan oyunda qonaqlar inamlı çıxış sərgiləyərək 5:1 hesablı qələbə qazanıblar.
© Copyright 2026, All Rights Reserved