“Neftçi” “Qarabağ”a “YOX” dedi! Matç olacaq!
SON DƏQİQƏ! “Neftçi” – “Qarabağ” matçı təxirə salınmayacaq.
90plus.az xəbər verir ki, “Ağdam” təmsilçisi “Qarabağ” MPL-nın 21-ci turu çərçivəsində 21 fevral tarixində keçirilməsi planlaşdırılan “Neftçi” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı “Neftçi” klubuna rəsmi müraciət edib.
Lakin “ağ-qaralar”ın rəhbərliyi bu müraciəti qəbul etməyib. Bununla da qarşılaşmanın təxirə salınması baş tutmayıb.
Beləliklə, MPL-nın 21-ci turu çərçivəsində “Neftçi” – “Qarabağ” matçı planlaşdırıldığı kimi 21 fevralda keçiriləcək.
ℹ️ Mənbə: Neftçi Baku Fan page
© Copyright 2026, All Rights Reserved