Noyer “Bayern”lə yoluna davam edir
“Bayern Münhen” Manuel Noyerlə bağlı qərarını verdi – yeni müqavilə gündəmdə!
90plus.az xəbər verir ki, “Bayern Münhen” rəhbərliyi qapıçı Manuel Noyerlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Fabrisio Romanonun məlumatına görə, Münhen təmsilçisi təcrübəli qolkiperin müqaviləsini daha bir mövsüm uzatmaq istəyir. Yeni anlaşmanın 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulduğu bildirilir. Klub artıq qısa müddətli müqavilə üçün təklif hazırlayıb və hazırda Noyerin yekun qərarı gözlənilir.
Rəhbərlik alman qapıçının komandada qalmasına müsbət yanaşır və onun növbəti mövsümdə də əsas heyətdə çıxış etməsini planlaşdırır. Eyni zamanda, gənc qolkiper Daniel Urbiq ehtiyat qapıçı kimi komandada saxlanılacaq.
Qeyd: Manuel Noyer 2011-ci ildən “Bayern Münhen”in formasını geyinir və klub tarixinin ən vacib fiqurlarından biri hesab olunur. O, bu müddətdə çoxsaylı titullar qazanaraq komandanın uğurlarında mühüm rol oynayıb.
© Copyright 2026, All Rights Reserved