"Nyukasl" 40 milyonluq transfer gerçəkləşdirdi
"Nyukasl Yunayted" rəhbərliyi "Everton" rəhbərliyi ilə 21 yaşlı cinah hücumçusu Antoni Qordon transferi üçün 40 milyon funt sterlinqə razılıq əldə etdi. Oyunçu bu transferin baş tutması üçün 4 gün idi məşqlərə çıxmırdı. Qeyd edək ki, Antoni Qordon "Everton" yetirməsi sayılır.