"Pana"dan ölən futbolçu haqqında təqdirəlayiq addım
Corc Baldokun müqaviləsi bitənə qədər ailəsi maaşını alacaq.
90plus.az xəbər verir ki, "Panatinaikos" klubunda forma geyinən Corc Baldok evindəki üzgüçülük hovuzunda ölü tapılmışdı.
Baldokun həyatını itirməsindən sonra Yunan klubundan mənalı bir addım gəldi.
"PANATİNAİKOS"DAN MAAŞ QƏRARI
"Daily Mail"də yer alan xəbərə görə, "Panathinaikos" evində ölü tapılan Corc Baldokun maaşını müqaviləsi sona çatanadək ailəsinə ödəməyə davam edəcək.
Bununla yanaşı, Yunan klubu futbolçunun xatirəsinə bir hazırlıq oyunu da təşkil edəcək.
Corc Baldok, yay transfer dönəmində Yunan təmsilçisi ilə 3 illik müqavilə imzalamışdı.
© Copyright 2026, All Rights Reserved