P.E.Obameyanq: "Barselona" həyatımı dəyişdi"
Pierre-Emerik Obameyang, psixoloji durumunun pisləşdiyi dövrdə "Barselona" transferinin onu necə toparladığını etiraf etdi.
90plus.az xəbər verir ki, Obameyang, "Barselona"nın ona gizli bir təsir etdiyini açıqladı: "O andan etibarən hər şey dəyişdi."
Pierre-Emerik Obameyang 2022-ci ildə "Arsenal"dan "Barselona"ya transfer oldu. Ailəsində sağlamlıq problemləri yaşadığı üçün depressiyaya düşmüşdü və çox alkoqol qəbul etməyə başlamışdı.
Yanvar 2022-də "Arsenal"dan "Barselona"ya transfer olan Pierre-Emerik Obameyang, Katalonya klubuna keçmədən əvvəl yaşadığı psixoloji problemləri açıqladı. Ailəsindəki sağlamlıq problemləri səbəbindən depressiyaya düşdüyünü bildirən Obameyang, "Barselona" transferinin onu necə diriltdiyini izah etdi.
Pierre-Emerick Obameyang belə dedi: "Barselona"ya transfer olmadan əvvəl ailəmdəki sağlamlıq problemləri səbəbindən depressiyaya düşmüşdüm və çox içirdim."
"Barselona mənə bir şans verdi və bu barədə onlara həmişə minnətdar olacağam. Oraya gedəndən sonra futbol oynamaqdan və məşqlərə getməkdən heç vaxt bu qədər zövq almadığımı fərq etdim. Hətta boş günlərimdə belə komandaya qoşulmağa gedirdim."
© Copyright 2026, All Rights Reserved