Pep: “Bernardonu unutmaram!”
Bernardo Silva Pep Qvardiola üçün xüsusi bir oyunçudur.
90plus.az xəbər verir ki, ispan mütəxəssis adı "Barselona" ilə hallanan 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi haqda bunları söyləyib:
”Bernardonu unutmaram! Xüsusilə, bu mövsüm bizim üçün nələr etdiyini unutmaram.
Noyabr, dekabr, yanvar, fevral, mart – bircə oyunu belə qazana bilmədiyimiz dövrdə o hər zaman orada idi!
Bernardo vacib oyunlarda inanılmaz böyük bir şəxsiyyətə sahibdir, mənim üçün bir futbolçu olaraq bir çox səbəbdən dolayı başqa bir səviyyədir".
Qeyd: Bernardo Silva mövsüm sonunda “Barselona”ya transfer olmaq istədiyini katalonlara deyib. Hətta maaşının azalmasına belə razıdır. Çünki "Mançester Siti" yeni mövsüm heyətində Bernardo Silvanı istəmir.
📰: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved