Pep Qvardiola: “Mən fasilə verməliyəm, vəssalam”
Pep Qvardiola gələcəyi, komandadakı taleyi haqqında danışıb.
90plus.az xəbər verir ki, "Şəhərlilər"lə 2027-ci ilə qədər müqaviləsi olan 54 yaşlı kataloniyalı mütəxəssis bugünkü "Vulherhempton" matçından bir neçə saat əvvəl, ESPN Brasil -ə müsahibəsinə aydınlıq gətirib. Sözügedən media qurumu Qvardioladan sitatlar təqdim edib ki, o, "Man Siti"dən gedərkən "dayanacaq" və təqaüdə çıxacağına əmin deyil. Qvardiola bu barədə "Sky Sports"a açıqlama verib:
"İndi və ya mövsümün sonunda gedəcəyimi deməmişəm".
"Deyirəm, burdakı vaxtım bitəndə bilmirəm, bir, iki, üç, dörd, beş, altı ilə... Fasilə verəcəm! Təqaüdə çıxmayacağam, amma mütləq fasilə verəcəm".
Daha sonra əlavə edib: "Futbolda məşqçi üçün iki illik müqavilənin nə demək olduğunu bilirsinizmi? Bu, əbədiyyətdir, ona görə də deyirəm ki, burada işimi bitirdikdən sonra fasilə verəcəm".
"Mən fasilə verməliyəm, vəssalam, məsələ belədir."
Qeyd: Xosep Qvardiola "Mançester Siti"də:
6 dəfə Premyer Liqa çempionu;
1 dəfə Çempionlar Liqasının qalibi,
1 dəfə klubların dünya çempionu,
1 dəfə UEFA superkubokunun qalibi,
2 dəfə İngiltərə Kuboku,
4 dəfə İngiltərə Liqa Kubokunun qalibi.
© Copyright 2026, All Rights Reserved