PSJ-dən 51 illik seriya davam edir
PSJ-dən səfərdə inamlı qələbə – Liqa 1-də zirvədə möhkəmləndi.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-in 31-ci turunda “Anji” öz meydanında PSJ-ni qəbul edib və qarşılaşma Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb:
Anji 0 - 3 PSJ
K. Li 7’
S. Mayulu 39’
L. Beraldo 52’
Bu qələbə ilə PSJ Liqa 1-də liderliyini möhkəmləndirərək 6 xal fərqlə zirvədəki mövqeyini qoruyub.
Eyni zamanda statistik baxımdan diqqət çəkən məqam da var: PSJ-nin “Anji”yə qarşı məğlubiyyətsiz seriyası 1975-ci ildən bəri davam edir – bu, 51 illik üstünlük deməkdir.
Paris klubu son 32 oyundur məğlubiyyət üzünü görmür, bu oyunlardan cəmi 7-si heç-heçə ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved