Obameyanq 400-cü qolunu vurdu
Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq peşəkar karyerasında əlamətdar bir göstəriciyə nail olub.
90plus.az xəbər verir ki, Liqa 1-in 23-cü turunda “Nitsa” ilə matçın 11-ci dəqiqəsində qol vuran 36 yaşlı forvard ümumi qol sayını 400-ə çatdırıb.
Təcrübəli futbolçunun bu qolların 361-i klub səviyyəsində, 39-u isə Qabon milli komandasında vurulub.
Qeyd: Obameyanq karyerası ərzində “Milan”, “Borussiya Dortmund”, “Arsenal”, “Barselona” və “Çelsi” kimi böyük klublarda çıxış edib və hazırda yenidən “Marsel”in şərəfini qoruyur.
© Copyright 2026, All Rights Reserved