"Qalatasaray" futbolçusu üçün 20 milyon qiymət qoydu
"Qalatasaray" Yunus Akgünə görə 20 milyon avro tələb edir.
90plus.az xəbər verir ki, "Qalatasaray"da keçən mövsümü "Lester Siti"də icarədə keçirən və sarı-qırmızılılara geri dönən Yunus Akgün, ilk 11-in vazkeçilməzi oldu.
Kerem Aktürkoğlunun da ayrılmasıyla birlikdə Yunus, baş məşqçi Okan Burukun ən çox güvəndiyi oyunçular arasında yer alır.
"Fanatik" qəzetinin məlumatına görə, "Qalatasaray" yay transfer dövründə Yunus Akgün üçün 10 milyon avroluq təklif alıb, lakin klub onun transfer qiymətini müəyyənləşdirib.
Sarı-qırmızılıların 24 yaşlı futbolçu üçün 20 milyon avrodan aşağı təklifləri nəzərə almayacağı bildirilib.
Bu mövsüm "Qalatasaray" forması ilə 12 rəsmi oyuna çıxan Yunus, bu qarşılaşmalarda 4 qol vurub və 1 asistlik töhfə verib.
© Copyright 2026, All Rights Reserved