"Qalatasaray"dan ayrıldı, "Lyon"da bəyənilmədi
"Qalatasaray"dan ayrılan Zaha "Lyon"da forma şansı tapmağa çətinlik çəkir.
90plus.az xəbər verir ki, Liqa 1-in 4-cü turunda "Lyon" səfərdə "Lens" ilə qarşılaşıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Oyundan bir gün əvvəl mətbuat konfransı keçirən "Lyon"un baş məşqçisi Pier Saj, Uilfrid Zahanın oyun heyətinə daxil edilmədiyini bildirib.
Mövsümün əvvəlində "Qalatasaray"dan "Lyon"a icarəyə gedən ulduz oyunçunun forması bəyənilməyib.
Pier Saj, Zahanın vəziyyəti ilə bağlı, "Zaha bir qədər formasız gəldi. Transfer dönəminin sonuna doğru komandadan ayrılacağını düşündüyü üçün məşqləri bir az aksatdı. 90 dəqiqə oynamaq üçün bir qədər vaxta ehtiyacı var," deyə bildirib.
© Copyright 2026, All Rights Reserved