"Qalatasaray"ın yeni transferi zədələndi
"Qalatasaray"ın yeni sol cinah oyunçusu İsmail Jakobs, Seneqalın Burundi ilə oynadığı Afrika Millətlər Kubokunun seçmə mərhələ matçının son anlarında zədələndi və oyundan çıxmaq məcburiyyətində qaldı.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsi L Qrupunda baş tutan qarşılaşmada Seneqal, İsmaila Sarr'ın 71-ci dəqiqədə penalti ilə vurduğu qolla Burundi'ni 1-0 məğlub etdi. Matçda "Qalatasaray"lı Jakobs, ilk 11-də yer aldı, lakin mübarizənin 90-cı dəqiqəsində zədə alaraq meydanı tərk etdi. Jakobs'un zədəsinin ciddiliyi ilə bağlı hazırda rəsmi bir açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved