"Qamçı" taktikasına ehtiyac varsa, başqa məşqçi axtarın, mən işləmirəm"
Karlo Ançelotti “Real Madrid”dəki gələcəyi ilə bağlı növbəti dəfə danışıb.
90plus.az xəbər verir ki, itqlyan mütəxəssis hər şeyə rəğmən sadəcə, klubda qalmaq istədiyi söyləyib:
”Futbolda hər şey mümkündür. Revanş almaq üçün növbəti mövsüm “Real Madrid”də qalmaq? Heç kimdən revanş almaq fikrim yoxdur. Bu iş xoşuma gəlir, bacardığım qədər hazırkı postu tutmaq istəyirəm. Amma qala bilməsəm, sadəcə hamıya təşəkkür edəcəyəm.
İspaniya Kuboku və La Liqanın qalibi olmaq istəyiriksə, hər iki turnirdə “Barselona”nı məğlub etməliyik. Həddən artıq yumşaq məşqçiyəm? Bu mövsüm çox əsəbiləşmişəm. Lakin fəlsəfəm futbolçularla yaxşı münasibətlər qurmaqdır, bunun üçün isə qarşılıqlı hörmət vacibdir. "Qamçı" taktikasına ehtiyac varsa, başqa məşqçi axtarın, mən bu cür işləmirəm".
📰: Marca
© Copyright 2026, All Rights Reserved