“Qarabağ”ın Qnaliyə xərci üzə çıxıb
“Qarabağ” Qnali transferinə nə qədər xərcləyib? – Detallar bəlli oldu.
90plus.az xəbər verir ki, “Qarabağ”ın qış transfer pəncərəsində heyətinə qatdığı Jeremi Qnali ilə bağlı maliyyə detalları üzə çıxıb. Ağdam təmsilçisinin fransalı futbolçunun keçidi üçün Kiprin “AEK” (Larnaka) klubuna ödədiyi məbləğ açıqlanıb.
Məlumata görə, “Qarabağ” sol cinah müdafiəçisinin transferi üçün 100 min avro vəsait xərcləyib. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 200 min manat təşkil edir.
23 yaşlı futbolçunun “Transfermarkt” portalındakı hazırkı bazar dəyəri isə 450 min avro olaraq göstərilir. Qnali ilə Ağdam klubu arasında 2,5 illik müqavilə imzalanıb.
Qeyd: "Qarabağ” bu transferlə müdafiə xəttində rotasiya imkanlarını artırmağı hədəfləyir.
© Copyright 2026, All Rights Reserved