Qəbələdə üçüncülüyü Belarus millisi qazandı
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında futbol yarışlarında bürünc medal uğrunda qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus yığması Tacikistan üzərində 2:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə Belarus komandası turniri 3-cü, Tacikistan isə 4-cü sırada başa vurub.
Günün ilk görüşündə isə Özbəkistan Qırğızıstanı 2 cavabsız qolla məğlub edərək 5-ci yeri tutub.
Qeyd: Final qarşılaşması oktyabrın 4-də Azərbaycan və Rusiya komandaları arasında keçiriləcək.
© Copyright 2026, All Rights Reserved