Qurban Qurbanov: "Neftçi" uşaqlığımın klubudur"
Qurban Qurbanov "Neftçi" ilə oyundan sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı "Neftçi"nın düşdüyü vəziyyətə münasibət bildirib:
"Mən özüm də uşaqlıqdan “Neftçi” azarkeşi olmuşam. Bu komandada oynamışam, işləmişəm. Heç kimə bu mənzərə xoş deyil. Bu suala sona qədər cavab verməyəcəm. Futboldur və hamımızın işində belə nəticələr ola bilər. Bu gün “Qarabağ”ın ardıcıl bütün oyunları qazanacağı dəqiq deyil. Nəinki “Neftçi”yə, heç bir komandaya belə uğursuzluq istəmərəm".
Qeyd: "Neftçi" 4 xalla 9-cu yerdədir.
© Copyright 2026, All Rights Reserved