Qvardiola əsəbləşdi: "Fələstində olanlara baxın"
Mətbuat konfransında Qvardiolanı əsəbləşdirən sual verildi, o, Fələstini misal çəkdi.
90plus.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası, Milli Komandnın baş məşqçisi vəzifəsinə Tomas Tuxeli gətirdi. Mətbuat konfransında bir jurnalist, Qvardiolaya "İngiltərədə, Milli Komandanın baş məşqçisi ingilis olmalıdır fikri var. Bu fikrə razısınızmı?" sualını verdi. Katalon məşqçi insanların düşüncə tərzinə və suala əsəbiləşdi.
"İNGİLİSİN DƏ UĞURSUZ OLA BİLƏCƏYİNİ GÖRDÜK"
Alman məşqçi haqqında danışan Pep Qvardiola, "Tomas Tuxel çox yaxşı baş məşqçidir. İngiltərə Milli Komandasında ona uğurlar arzulayıram. Əminəm ki, yaxşı işlər görəcək. İnsan olaraq seçə bilmədiyimiz şeylər var. Mən Katalon olmağı seçmədim. İnsanlar harada doğulduğunu seçə bilməz. Ananı, atanı seçə bilməzsən. Siz ingilis olmağı seçmədiniz. İnsanların milli komandanı idarə edəcək şəxsin öz millətindən olmasını istəməsini başa düşürəm. Lakin bir ingilisin də milli komandada uğursuz olduğunu gördük. Futbol Federasiyasına baxanda, Birləşmiş Krallıqdan kənarda, dünyaca tanınmış bir məşqçi gətirdiklərini görürük. Ona uğurlar arzulayıram," dedi.
"QƏZZADA OLANLARA BAXIN"
İspan məşqçi sözlərinə davam edərək dedi: "Bilirəm ki, doğulduğumuz, yaşadığımız yer, təhsillərimiz və etdiklərimizlə qürur duyuruq. Amma dünya çox böyükdür. Açıq fikirli olmalısınız. Mən İspaniyadan gəldim və etdiklərimə baxın. Rusiyada, İsraildə, Qəzzada, Ukraynada və Afrikada baş verənlərə baxın. Bu vəziyyəti tənqid etmirəm. Almaniyada, Meksikada və dünyanın bir çox yerindəki insanlardan çox şey öyrəndim. İnsanların daha yaxşı olması üçün çalışmalıyıq," ifadələrini işlətdi.
© Copyright 2026, All Rights Reserved