“Real” 13 yaşlıya görə prinsipini “tapdaladı”
“Real Madrid” “Atletiko”nun gənc ulduzunu transfer edir – razılıq əldə olundu.
90plus.az xəbər verir ki, “Real Madrid” akademiya səviyyəsində diqqətçəkən transferə imza atmağa hazırlaşır. “Kral klubu” “Atletiko Madrid”in U-12 komandasında çıxış edən istedadlı futbolçu Visente Viktor Korrea Mendi (ləqəbi: Viti) ilə razılıq əldə edib.
Mənbənin məlumatına görə, sol cinah müdafiəçisi kimi çıxış edən gənc oyunçu artıq “Real Madrid”in diqqətini cəlb edib və tərəflər arasında anlaşma təmin olunub.
Bu transfer iki Madrid nəhəngi arasında uzun illər qeyri-rəsmi şəkildə qorunan “bir-birindən oyunçu almamaq” prinsipinin növbəti dəfə pozulması kimi qiymətləndirilir. Son illərdə bu razılaşmanın tez-tez pozulması diqqət çəkir və Viti transferi də həmin tendensiyanın davamı sayılır.
Qeyd: Gənc futbolçu yaşına baxmayaraq, çıxışı ilə seçilir və gələcək vəd edən müdafiəçilərdən biri hesab olunur. “Real Madrid”in onu erkən yaşda heyətinə qatmaq istəyi klubun akademiya strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
Məlumat Diario AS nəşrinə istinadən yayılıb.
© Copyright 2026, All Rights Reserved