"Real Madrid" oyuna ciddi itki ilə çıxacaq
İspaniya klubu "Real Madrid" itki ilə üzləşib.
90plus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Cud Bellinqem məşq prosesində zədələnib.
Bu səbəbdən onun La Liqanın XXXIV turunda "Selta"ya qarşı keçiriləcək oyunda iştirak etməməsi mümkündür.
Qeyd: İngiltərəli futbolçu bu mövsüm "Kral klubu"nun heyətində bütün turnirlər çərçivəsində 47 oyuna çıxaraq 13 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
"Real" – "Selta" oyunu sabah saat 16:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved