"Real"ın oyunçusu üçün mövsüm bitdi
"Real Madrid"in oyunçusu Eduardo Kamavinqa zədələnib.
90plus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi ötən gecə “Xetafe” ilə baş tutan qarşılaşma zamanı zədə alıb.
Onun sol ayağındakı vətər qopub. Həkimlərin fikrincə, Kamavinqa bu mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.
Karlo Ançelotti: "Kamavinqa və David Alabanın əzələlərində zədə var. Hər ikisinin "Barselona" ilə oyuna hazır olması gözlənilmir".
© Copyright 2026, All Rights Reserved