Rodri: "Biz etiraz olaraq tətilə çıxacağıq"
Rodri matç sayının çoxalmasına sərt şəkildə etirazını bildirib.
90plus.az xəbər verir ki, yarımmüdafiənin dayağı olan Rodri, futbolçuların yaxın vaxtlarda problemləri öz əllərinə almaqdan başqa çarələrinin qalmayacağını etiraf etdi. Futbolçulardan iş yerində tətil edib-etməyəcəkləri soruşulduqda isə Rodri bunları dedi:
"Düşünürəm ki, buna yaxınıq, bunu başa düşmək çox asandır. Məncə bu ümumi bir məsələdir. Düşünürəm ki, istənilən futbolçudan soruşsanız, eyni şeyi deyəcəkdir, bu nə Rodrinin şəxsi fikridir, nə də başqa bir şey. Bu futbolçuların ümumi düşüncəsidir. Və əgər belə davam edərsə, bir an gələcək ki, başqa seçimimiz qalmayacaq, həqiqətən belə düşünürəm, amma görək nə olacaq. Nə baş verəcəyini bilmirəm, amma bu bizi narahat edən bir şeydir, çünki əziyyət çəkən bizik."
© Copyright 2026, All Rights Reserved