Romario eks sevgilisinin rəfiqəsi ilə münasibətdə
Romario yeni qalmaqalın mərkəzində – keçmiş sevgilisinin yaxın rəfiqəsi ilə münasibətdədir.
90plus.az xəbər verir ki, Braziliya futbolunun canlı əfsanəsi Romario yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Keçmiş sevgilisi Tiffani Barselosdan ayrılan sabiq hücumçunun yeni münasibətə başladığı bildirilir.
Yerli medianın məlumatına görə, Romario hazırda Barbara Kavalkanti ilə görüşür. Maraqlısı budur ki, Barbara onun keçmiş sevgilisi Tiffaninin yaxın rəfiqəsi hesab olunur.
Xəbərin yayılmasından dərhal sonra Tiffani Barselos sosial şəbəkələrdə həm Romarionu, həm də keçmiş rəfiqəsini izləmədən çıxarıb. Bu addım ayrılığı faktiki olaraq təsdiqləyib.
59 yaşlı Romario futbolçu karyerasında olduğu kimi, şəxsi həyatında da sürətli qərarları ilə diqqət çəkməyə davam edir.
© Copyright 2026, All Rights Reserved