"Ronaldo 30 yaşında karyerasını bitirəcəkdi"
Son günlərdə 900 qol səddini aşan və tarixdə bunu ilk dəfə edən futbolçu ünvanına sahib olan Kristiano Ronaldo'nun karyerasını bitirmək istədiyi ilə bağlı şok edici bir məlumat ortaya çıxdı.
90plus.az xəbər verir ki, uzun illər əvvəl futbolu tərk edən Portuqaliya Milli Komandasının futbolçusu Kostinha, A Bola ilə verdiyi müsahibədə Ronaldo haqqında danışdı.
Keçmiş müdafiəçi, 39 yaşındakı dünya ulduzu haqqında, "2003-cü ildə Qazaxıstana qarşı oynadığımız dostluq matçında, mənə futbolu 30 yaşında tərk etmək istədiyini və daha fərqli şeylər edəcəyini demişdi," dedi.
© Copyright 2026, All Rights Reserved