"Ronaldo Messinin beynində kirayə pulu vermədən yaşayır"
Kristiano Ronaldo, Avropa çempionatında qələbəsinin Dünya Kuboku qələbəsi ilə eyni olduğunu söyləyəndə zarafat mövzusu oldu.
90plus.az xəbər verir ki, Kariyerində 900 qola çatan ilk futbolçu olan Kristiano Ronaldo RTP3-ə bunları söylədi:
“Portuqaliyanın Avropa Çempionatı’nı qazanması Dünya Kuboku’nun qaldırılması ilə eynidir. Portuqaliya üçün həqiqətən istədiyim iki kuboku da qazandım, buna görə də Dünya Kuboku məni motivasiya etmir.”
Kristiano Ronaldo’nun bu iddiası bəzi sosial media istifadəçilərinin dilinə düşdü. @freeeaos adlı istifadəçi “Messi beynində kirayə pulu vermədən yaşayır” yazdı.
@Barzaboy adlı istifadəçi isə “Kristiano’nun Messi’nin Dünya Kuboku qazandığı gecə heç yatmadığına 100% əminəm” yazdı.
© Copyright 2026, All Rights Reserved