Ronaldodan Peleyə atmaca
Ronaldo "YouTube" kanalında Peleyə söz atıb.
90plus.az xəbər verir ki, artıq "YouTube" platformasında rekordları alt-üst edən portuqaliyalı superulduz yeni bir video yayımlayıb. Videoda gələcək planlarından danışan Ronaldo mərhum futbolçu Peleyə də söz atmağı yaddan çıxarmayıb. O, Pelenin qollarını "feyk" adlandırıb:
"Bu yaxınlarda 900-cü qolumu qeyd edəcəm. Amma məqsədim 1000 qol vurmaqdır. Gərək 1-2 il də üst səviyyədə oynayım. Amma məndə bütün qollarımın videoları var".
Bununla da, Ronaldo Pelenin videolarda olmayan qollarına vurğu edib.
Qeyd: Pele sağ olarkən özünün 1000 qoldan çox vurduğunu, sadəcə videolent olmadığına görə bunu sübut edə bilməyəcəyini qeyd edirdi.
© Copyright 2026, All Rights Reserved