Ronaldonun sevgilisindən etiraf: "Ayrılmağa hazır idim"
Georgina Rodriguez, "I Am Georgina" adlı reallıq şousunda şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.
90plus.az xəbər verir ki, Rodriguez, "Kris mənə "Əl-Nəssr"də oynayacağını dedikdə çox sevindim, çünki artıq Mançesteri tərk etməyə hazır idim" deyib. Rodriguez sözlərinə belə davam edib: "Bizi gözəl bir şeyin gözlədiyini bilirdim və çox motivasiya olmuşdum. Səudiyyə Ərəbistanına ilk gəldiyim gündən bəri çox xoşbəxtəm."
O, həmçinin "Real Madrid" azarkeşlərinə duyduğu minnətdarlıqdan da danışıb: "Hara getsək də, bu gün olduğu kimi Krisi coşqu ilə alqışlamağa və onun adını səsləndirməyə davam edəcəklərini bilirəm" deyib. 2016-cı ildən bəri birlikdə olan Georgina və Ronaldo cütlüyünün iki övladı var. Arqentinalı gözəl, Ronaldo ilə təsadüfən tanış olduğunu və ona ilk baxışdan aşiq olduğunu da qeyd etmişdi.
© Copyright 2026, All Rights Reserved