Ronaldoya 900 qolla bağlı xatirə hədiyyəsi
Kriştiano Ronaldoya 900 qolla bağlı xatirə hədiyyəsi təqdim olunub.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda "Əl Əhli" səfərdə Ronaldonun "Əl Nəssr"i ilə qarşılaşıb. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan əvvəl Ronaldoya 900 qola çatdığı üçün xüsusi köynək verilmişdi. Onu da qeyd edək ki, Ronaldo milli matçlarında qolların sayını 901-ə çatdırmışdı.
© Copyright 2026, All Rights Reserved