Rüdigeri 12 oyuna qədər cəza gözləyir
Toni Rüdiger, Bellinqem, Lukas Vasqez "Barselona" ilə keçirilmiş matçda qırmızı vərəqə alıblar və Federasiya tərəfindən cəzalandırılacaqlar.
90plus.az xəbər verir ki, hakimə hücum edən və əşya atan Rüdiger 4-12 matçlıq cəzalandırıla bilər.
Antonio Rüdiger üzr istəyib:
"Mənim dünənki davranışıma görə bəhanə yoxdur. Buna və hakimə qarşı etdiklərimə görə üzr istəyirəm. Biz 2-ci hissədən sonra çox yaxşı oynadıq. 111-ci dəqiqədə isə əvəz olundum və artıq komandama kömək edə bilmirdim. Oyunun sonuna qədər isə səhv buraxdım" (📰: Şəxsi İnstagram hesabı).
Bununla yanaşı, hakim protokolu Vinisiusun qırmızı vərəqə görmədiyini təsdiqləyir.
Qeyd: Ötən gecə baş tutan El-Klassikonun nəticəsinə görə (3-2) "Barselona" Kral Kubokunu qazanıb.
📰: Cadena Ser
© Copyright 2026, All Rights Reserved