Sabiq "Liverpul"lu karyerasını yekunlaşdırır
"Liverpul”un keçmiş futbolçusu və Uels milli komandasının sabiq üzvü Co Allen futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlama verib. O bildirib ki, bu gün “Suonsi” klubunun heyətində “Oksford”a qarşı keçirəcəyi görüş onun son matçı olacaq.
Allen 2012–2016-cı illər ərzində “Liverpul”un formasını geyinib. Uels yığmasında isə 77 dəfə meydana çıxaraq 2 qolun müəllifi olub.
© Copyright 2026, All Rights Reserved