Salah olmadı, gözlər Osimhendə
"Napoli" klubuna məxsus, hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən hücumçu Viktor Osimhenin transferi ilə "Əl-Hilal" maraqlanır.
90plus.az xəbər verir ki, "Liverpul"la müqaviləsini yeniləməyə qərar verən hücumçu Məhəmməd Salahdan sonra Səudiyyə Ərəbistanı təmsilçisi növbəti hədəf kimi nigeriyalı forvardı seçib.
Osimhen bu mövsüm ərzində bütün yarışlarda 35 oyunda iştirak edib, 30 dəfə rəqib qapısına yol tapıb və 7 qol ötürməsi verib. “Transfermarkt” internet portalı 26 yaşlı futbolçunun bazar qiymətini 70 milyon avro olaraq göstərir.
© Copyright 2026, All Rights Reserved