Sautqeytdən qələbə şərhi
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün yarımfinalında Niderlanda qalib gələrək (2-1) finala vəsiqə qazandıqları matç haqda fikirlərini bildirib.
90plus.az xəbər verir ki, turnir boyunca tənqidlərə məruz qalan 53 yaşlı mütəxəssis bunları deyib:
"Niderlanda qarşı çox yaxşı oynadıq. Çətinlik oldu. Futbolçularımız çox yaxşı qərarlar verdilər. Matçın sonu komanda üçün xüsusi oldu. Bu, bizim ümumi işimizin mükafatıdır”.
Qeyd: İngiltərə millisi Qaret Sautqeytin rəhbərliyi altında:
2018 Dünya Kuboku | Yarımfinal
2020 Avropa Çempionatı | Final
2022 Dünya Kuboku | Dörddəbir final
2024 Avropa Çempionatı | Final
Avro-2024. Final:
14 iyul Saat 23:00
İspaniya - İngiltərə
Berlin “Olimpiastadion” arena
© Copyright 2026, All Rights Reserved