Səudiyyə Ərəbistanında Kriştiano böhranı… Detallar
Səudiyyə Ərəbistanı Liqasında çıxış edən “Əl-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo ölkədə ciddi müzakirələrə səbəb olub. Təcrübəli hücumçu bu gün Liqanın 20-ci turu çərçivəsində keçiriləcək “Ər-Riyad”la oyuna çıxmaqdan imtina edib.
90plus.az xəbər verir ki, Ronaldonun matçda oynamamaq qərarının səbəbi, Səudiyyə mətbuatında yayılan iddiaların əksinə olaraq, onun fiziki durumu ilə bağlı deyil. Bu qərar azarkeşlər arasında geniş rezonans doğurub.
A Bola nəşrinin məlumatına görə, Ronaldo transfer pəncərəsində “ƏL-Nəsr”in yetərli sərmayə yatırmamasından narazıdır.
“Əl-Nəsr” cümə günü Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a qarşı keçiriləcək vacib oyuna fokuslanıb. Məhz həmin matçda əfsanəvi 7 nömrənin meydana çıxacağı gözlənilir.
Digər tərəfdən, A Bola yazır ki, Kriştiano Ronaldo son üç ildir formasını geyindiyi klubun idarə olunmasından tam razı deyil. Bildirilir ki, o, Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun (PIF) rəhbərlik üslubundan və eyni fond tərəfindən dəstəklənən rəqib klublara göstərilən xüsusi münasibətdən narazıdır.
Sports Digitale media Kriştiano Ronaldonun Kərim Benzemanın “Əl-Hilal”a transferinə qarşı çıxdığını və bu səbəbdən “ƏL-Nəsr”in növbəti oyununda meydana çıxmaqdan imtina etdiyini iddia edir.
Ronaldo hesab edir ki, bu keçid Səudiyyə Ərəbistanı Pro Liqasında “ədalətli rəqabət”ə zərər verə bilər.
Belə çıxır ki, Ronaldo əsas rəqiblərinin Benzema ilə güclənməsini istəmir.
© Copyright 2026, All Rights Reserved